Haqqımızda

Məlumat üçün bildirmək istəyirik ki, «Olerni» MMM 1998-ci ildə təsis edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyi əsasında qeydiyyatdan keçmişdir. Müəssisəmizin əsas fəaliyyəti kranların istehsalı, istismarı, texniki xidməti və təmirini həyata keçirməkdən ibarətdir və eyni zamanda Yanğın təhlükəsizliyi sistemləri köpükqarışdırıcı cənlər Neft-Qaz separatorları və s. Bu məqsədlə Almaniya,Rusiya, İtaliya və Türkiyə şirkətləri ilə əməkdaşlıq edilir. Müəssisəmiz Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bütün lazımi icazələri almış, eyni zamanda Rusiya Dəniz Registri, İSO sertifikatlarını əldə etmək və beynəlxalq standartlar əsasında fəaliyyətini daha da təkmilləşdirmək üçün işlər aparır. «Olerni» MMM 21.10.2017-ci il tarixində yeni zavodunun açılışını həyata keçirmiş və bu tədbirdə SOCAR-ınTəchizat İdarəsinin, Energetika və Mexanika İdarəsinin, Azneft İB-nin, Neftqazelmitədqiqatlayihə İnstitutunun, Neftqaztikinti Trestininn, KQİT-nin, SOCAR-AQŞ MMC-nin Bahar energy əməliyyat şirkətlərinin Global Energy Azeribaijan şirkətinin rəhbər işçiləri iştirak etmişdir. Bu tədbirdə zavodun ilk istehsalı olan dəniz platformaları üçün stasionar kranın sınağı həyata keçirilmiş və uğurlu alınmışdır. Zavod ən müasir tələblərə cavab verən istənilən növ müxtəlif təyinatlı platforma və gəmi kranlarının, təzyiq altında işləyən ağır tutumların, metallurgiya avadalıqlarının istehsalı və təmiri işlərini həyata keçirir. İstehsal imkanlarına görə Xəzər dənizi regionunda analoqu olmayan bu zavodda 5, 12, 24, 32 və 50 ton yükqaldırma qabiliyyətinə malik olan kranları istehsal və təmir etmək mümkündür. Qeyd edilən kranlar SOCAR-ın dəniz platformalarında quraşdırılmaq və yükqaldırma işlərini təhlükəsiz şəkildə həyata keçirmək üçün uğurlu və səmərəli fəaliyyət imkanlarına malikdir. Kranların təchizatı, quraşdırılması, istismarı, texniki xidməti və təmiri müəssisəmizin yüksək ixtisaslı mütəxəssisləri tərəfindən vaxtında və keyfiyyətlə həyata keçirilir. Azərbaycanda qeyri-neft sənayesinin inkişafına, eyni zamanda «Made in Azerbaijan» brendinin xarici bazarlarda təşviqinə dövlət dəstəyi bizim müəssisəmizin də inkişafı üçün imkanlar yaradır. Biz ilk öncə Azərbaycanın aparıcı şirkətləri ilə əməkdaşlıq etməklə və yerli bazarda öz brendimizi formalaşdırmaq və inkişaf etdirməklə «Made in Azerbaijan» brendi ilə xarici bazarlara da çıxmağı qarşımıza məqsəd qoymuşuq.

Hörmətlə, OLERNİ