«Olerni» MMM 1997-ci ildə təsis edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyi əsasında qeydiyyatdan keçmişdir. Müəssisəmizin əsas fəaliyyəti kranların,neft-qaz separatorların,yanğın təhlükəsizliyi sisteminə aid olan köpükqarışdırıcıların istehsalı texniki xidməti və təmirini həyata keçirməkdən ibarətdir.Müəssisəmiz Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bütün lazımi icazələri almış,Rusiya Dəniz Registri, İSO sertifikatı əldə etmiş və beynəlxalq standartlar əsasında fəaliyyətini daha da təkmilləşdirmək üçün işlər aparır. Azərbaycanda fəaliyyət göstərən neft-qaz firmalarının mal və xidmətlərlə təchiz edilməsi işində "Olerni" şirkəti dünyanın 15-dən çox ölkəsində 100-ə yaxın istehsalçı firma və korporasiyalarla əməkdaşlıq və tərəfdaşlıq edir. Bu ölkələr arasında Rusiya,Ukrayna,Türkiyə,Almaniya,Kazaxıstan,İtaliya, İsveçrə, Fransa, İngiltərə,ABŞ, Yaponiya, Cənubi Koreya və s. qeyd oluna bilər. «Olerni» MMM 21.10.2017-ci il tarixində yeni zavodunun açılışını həyata keçirmiş və bu tədbirdə SOCAR-ın Təchizat İdarəsinin, Azneft İB-nin, Neftqazelmitədqiqatlayihə İnstitutunun, Neftqaztikinti Trestininn, KQİT-nin, SOCAR-AQŞ MMC-nin Bahar energy əməliyyat şirkətlərinin Global Energy Azerbaijan şirkətinin rəhbər işçiləri iştirak etmişdir. Bu tədbirdə zavodun ilk istehsalı olan dəniz platformaları üçün OFSHOR kranın sınağı həyata keçirilmiş və uğurlu alınmışdır. Zavod ən müasir tələblərə cavab verən istənilən növ müxtəlif təyinatlı platforma və gəmi kranlarının, təzyiq altında işləyən ağır tutumların, metallurgiya avadalıqlarının istehsalı və təmiri işlərini həyata keçirir. İstehsal imkanalrına görə Xəzər dənizi regionunda analoqu olmayan bu zavodda 5, 12, 24, 32 və 50 ton yükqaldırma qabiliyyətinə malik olan kranları istehsal və təmir etmək mümkündür. “Olerni” şirkətinin uğurlu fəaliyyəti SOCAR-ın neft-qaz sənayesi obyektlərində kranların quraşdırılması,istismarı və təmirini sifarişçinin tələblərinə əsasən aparır. Bu işlərin görülməsi keyfiyyət, peşə təhlükəsizliyi, sağlamlığın qorunması və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq və milli standartların qayda və normalarına mütləq riayət olunmasına,göstərilən xidmətlərin keyfiyyətinin daima yüksəldilməsinə, sosial məsuliyyətə və müəssisənin ictimai əhəmiyyətinə əsaslanır. ”Olerni” MMC-nin rəhbərliyi aşağıdakı vacib məsələləri müəyyən edir:
▪ Keyfiyyət,Peşə Təhlükəsizliyi, Sağlamlıq və ətraf Mühitin Qorunması tələblərinin bütün işçilər tərəfindən mütləq yerinə yetirilməsini.
▪ Göstərilən xidmət və istehsalatda görülən işlər prosesin bütün mərhələlərində mümkün olan uyğunsuzluq və iddiaların qarşısını alaraq,müştərilərin real və artan təlabatlarını təmin etməyə daima cəhd göstərmək;
▪ Uyğunsuzluqların qarşısının alınması üzrə aktiv iş aparmaq,eyni zamanda meydana çıxmış uyğunsuzluqların aradan qaldırılması məqsədilə yenidən aparılan işlərə hazır olmaq;
▪ Qəbul edilmiş vəzifə və işlərin effektiv icrası,habelə,sifarişçinlərin tələblərinin məmnunluğu üçün idarəetmə sisteminin istifadəsi məqsədilə müəssisəni lazımi sənədlərlə təmin etmək.
OLERNİ LTD